Ana səhifə / Bloq / Check-up nədir?
Check-up nədir?

Check-up nədir?

March 19, 2025
Medical City
Məqalə

Check-up, insanın ümumi sağlamlığını yoxlamaq üçün bir çox testləri ehtiva edən bir müayinə növüdür. Müntəzəm müayinələr sağlamlıq problemlərinin ilkin əlamətlərini aşkar edə bilər. Bundan əlavə, ürək xəstəlikləri, insult, diabet və böyrək xəstəliklərinə nəzarət edir, risk vəziyyətində müdaxiləyə imkan verir. Yaş, ümumi sağlamlıq vəziyyəti, ailə anamnezi və həyat tərzi kimi səbəblərə görə müntəzəm müayinələr sağlamlıq üçün çox vacibdir.

Ən vacib Check Up-lar hansıdır?

Ətraflı qan analizi

Sidik analizi

Qanda lipid səviyyələri

Tiroid funksiyası testi

Diabetik testlər və s.

  

Check Up Paketinə nələr daxildir?

 

Yaş qrupuna görə:

  • Kişi, Qadın və Uşaq müayinələri
  • Coviddən sonrakı sağlamlıq
  • Endokrin
  • Kardioloji 
  • İnfeksiyalar və s.

Bununla belə, ailəvi şəkildə xidmət almaq istəyən insanlar üçün daha əhatəli ailə check-up paketləri də mövcuddur.

Xolesterol səviyyəsinə və qan triqliseridlərinə nəzarət bir çox xəstəlik üçün vacibdir. Xolesterolun yüksək səviyyəsi, ürək xəstəliyi də daxil olmaqla müxtəlif sağlamlıq problemləri riskinin artdığını göstərə bilər. Ürək xəstəliyi riski yüksək olan insanlar 40 yaşından başlayaraq hər il testdən keçməlidirlər. 

Yaşı 40-dan aşağı olan insanların təzyiqi normal olsa belə, ailəsində təzyiq problemi varsa, minimumhər 2 ildən bir yoxlanılmalıdır. Şəkərli diabet vaxtaşırı yoxlanılması lazım olan xəstəliklərdəndir. Diabet qanda qlükozanın (şəkərin) normadan yüksək olduğu ciddi bir vəziyyətdir. Bu, bədənin bir çox hissələrinə təsir edə bilər və idarə edilmədikdə ciddi fəsadlara səbəb ola bilər. 

  

Qadınlarda Check Up-a nələrə diqqət edilməlidir?

Ginekoloji xəstəliklər üçün bəzən daha ətraflı Check Up paketini seçmək tövsiyə oluna bilər. Rutin paketlərdən fərqli olaraq, qadınların check-up paketlərinə aşağıdakılar daxil ola bilər:

Cinsi xəstəliklərin müayinəsi: Cinsi yolla ötürülən infeksiyalar üçün müntəzəm yoxlamalar tez-tez aparılır. Uşaqlıq boynu xərçənginin skrininqi müəyyən yaş aralığında edilməsi lazım olan testlərdən biridir. Çünki erkən diaqnozla risk faktoru olan insanlarda müalicə və qarşısını almaq olar. Cinsi aktiv qadınlarda Pap testləri və HPV testləri uşaqlıq boynu xərçəngini yoxlaya və riski qiymətləndirməyə kömək edə bilər.

Hamiləlik zamanı ümumi müayinə: Bəzi xəstəliklər hamiləlikdən əvvəl araşdırılarsa qarşısını almaq olar. Bu səbəblə hamilə qalma qərarı verilərkən edilməsi lazım olan testlər var. Hamiləlik dövründə müntəzəm prenatal müayinələr körpənin inkişafını izləməyə, problemləri aşkar etməyə və sağlamlığını qiymətləndirməyə kömək edir. Hamiləlik dövründə edilən Check Up testlərinə ultrasəs, qan və sidik testləri, genetik test kimi müayinələr daxildir. 

 

Döş müayinəsi: Döş xərçənginin erkən diaqnoz qoyulma ehtimalı, uğurlu müalicə və sağ qalma şansını artırır. Anormal kütlənin hiss edilməsi döş xərçəngi və ya xoşxassəli döş xəstəliklərini aşkar edə bilər. Həkim qoltuq altındakı limfa düyünlərini də yoxlayacaq və süd vəzlərində vizual anormallıqları müayinə edəcək.

 

Kişilərdə Check Up-a nələrə diqqət edilməlidir?

Kişilər üçün rutin müayinələr var. Bu yoxlamalar gələcəkdə ciddi problemlər yarada biləcək xəstəliklərin riskini ölçməyə və erkən diaqnoz qoymağa kömək edir. 

Bura orqanizmin ümumi sağlamlığı barədə məlumat verən qan və sidik analizləri, infeksiyalar, hormonlar və digər analizlər aiddir.

Müəyyən yaşdan sonra bu Check Up-ların aparılması vacibdir.


Check Up-lar nə qədər tez-tez aparılmalıdır?

Ümumiyyətlə, heç bir şikayəti olmayan insanlara yaşlarından asılı olaraq vaxtaşırı müayinədən keçmələri tövsiyə olunur. Əgər şəxsin səhhətində problem yoxdursa, 30 yaşına qədər 5 ildə 1 dəfə, 40 yaşdan sonra isə hər il müayinədən keçmək tövsiyə olunur. Lakin əgər insanda müxtəlif xəstəliklər varsa və ya risk qrupundadırsa, bu proses fərqli ola bilər.

Paylaş: