Biz Kimik?

Medical City Group – Sağlamlığınızın Etibarlı Ünvanı

2016-cı ildən fəaliyyət göstərən Medical City Group, Azərbaycanın tibb sektoruna mühüm töhfələr verərək inkişafını davam etdirir. Şirkətimiz peşəkar əczaçı heyətinin dəstəyi ilə tibbi, terapevtik, gigiyenik, kosmetoloji və dərman vasitələrinin satışını həyata keçirir və müştərilərimizə pulsuz çatdırılma xidməti təqdim edir. Hazırda 4 filialımızla müştərilərimizə yüksək keyfiyyətli xidmət və fərdi yanaşma təqdim edirik. Servis standartlarımızı daim yüksəltmək üçün Medical City heyəti müntəzəm olaraq peşəkar təlimlərdən və attestasiyalardan keçir.

Filiallarımızda:

✔ Ana və uşaq baxımı məhsulları

✔ Diyetik və diabetik qidalar

✔ Vitamin və qida əlavələri

✔ Şəxsi gigiyena və özünə qulluq vasitələri

✔ Optik məhsullar və aksesuarlar

✔ Sağlam həyat tərzini dəstəkləyən məhsullar təqdim olunur.

Müştərilərimizə 7/24 xidmət göstərmək üçün 5055 Çağrı Mərkəzi fəaliyyət göstərir. Bu mərkəz vasitəsilə təcili dərman çatdırılması və tibbi məsləhət xidməti təklif edirik. Medical City olaraq, sağlamlığınızı qorumağı və sizə rahat alış-veriş mühiti yaratmağı əsas missiyamız hesab edirik.

Keyfiyyət, etibar və rahatlıq – bizdə bir arada!

Medical City Group – Sağlamlığınızın Etibarlı Ünvanı

Dəyərlərimiz – Sağlamlığınıza Bağlılığımız

Medical City olaraq, fəaliyyətimizin mərkəzində insan sağlamlığı və rifahı dayanır. Biz müştərilərimizə yalnız keyfiyyətli məhsullar və xidmətlər təqdim etməklə kifayətlənmir, eyni zamanda etibar, peşəkarlıq və innovasiya prinsiplərinə sadiq qalırıq. Komandamızın daimi inkişafı, müştəri məmnuniyyəti və sosial məsuliyyət bizim üçün prioritetdir. Sağlam gələcək üçün birlikdə addımlayırıq!

01

Müştəri Məmnuniyyəti

Biz müştərilərimizə dəyər veririk və onların rahatlığı üçün alış-veriş təcrübəsini maksimal dərəcədə komfortlu edirik.

02

Keyfiyyət və Etibarlılıq

Sizi yalnız orijinal və yüksək keyfiyyətli məhsullarla təmin edirik. Sağlamlığınız bizim üçün önəmlidir!

03

Peşəkar İnkişaf

Kollektivimizin daima inkişaf etməsi üçün mütəmadi treninqlər təşkil edir, bilik və təcrübəni artırmaq üçün xüsusi addımlar atırıq.

Komandamız

Tural Kərimov

Tural Kərimov

Chief Executive Officer